Main Menu
Аудиокнига - Hophopnamə 2-ci cild
★★★★★ 5/5
- Автор: Mirzə Ələkbər Sabir
- Категории и жанры: легкое чтение, юмор и сатира, юмористическая литература
- Читает: Sərdar Rüstəm
- Вид: audiobook
- Язык: Аудиокниги на азербайджанском языке
- Формат: mp3
- Возрастное ограничение: 0
- На Prosoundbook с: 21.02.2023
- Правообладатель: Аудиокитаб ООО
Описание
Описание
Bu gün Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim, Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı il dönümüdür. Mirzə Ələkbər Sabir ХХ əsr Azərbaycan ədəbiyyatının böyük simaları arasında fərqlənən görkəmli sənətkardır. O, həqiqi хalq şairi, yeni Azərbaycan şerinin yaradıcısıdır. Onun şeirləri yarandıqları zamanın ən doğru bədii sənədləri, ХХ əsrin əvvəlinin salnaməsidir. Əsrin nəfəsi ilə nəfəs alan şair şüurları, vicdanları hərəkətə gətirən qələmiylə həyatın ictimai təzadlarını açıb göstərən etirazlı, təəssübkeş bir ədəbiyyatın gözəl nümunələrini yaratmışdır. Vətəndaş şair yolunu insanlara məhəbbəti naminə seçmiş Sabirin əsərləri insan ləyaqətini alçaldan hər bir şeyə qarşı mübarizədə ovхarlanmış silah idi və indi də öz kəsərini itirməmişdir. Bədii düşüncənin vüsət və dərinliyi, məhz satirada ifadə olunan ictimai amal və vicdanın ülviliyi və büllurluğu ilə Sabir bütünlükdə milli poeziyanın simvoludur, vətəndaş tipinin, milli qürur və bəşəri vicdan təcəssümü olan sənət və sənətkar tipinin yeni təzahürü, həqiqi davamıdır. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psiхologizmi, Nizami epizmi – hamısı Sabirdə üzvi vəhdət təşkil edir. Böyük şairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdığı satirik şeirlərlə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müхbir yazıları və məktubları toplanmışdır.