Main Menu
Аудиокнига - Bir mühacirin notları
★★★★★ 5/5
- Автор: (Siyamək) Əli Səbri
- Категории и жанры: классическая литература, классическая проза, серьезное чтение
- Читает: Məmməd Əvəzoğlu
- Вид: audiobook
- Язык: Аудиокниги на азербайджанском языке
- Формат: mp3
- Возрастное ограничение: 0
- На Prosoundbook с: 13.03.2023
- Правообладатель: Аудиокитаб ООО
Описание
Описание
Adətən olduğu kimi, üstündən çox illər keçəndən sonra, artıq Siyamək də həyatda olmayanda, kitab haqqında əks-sədalar gəlməyə başladı: “o kitab yaxşı kitab idi” deyənlər oldu. Söhbət bunda deyil. Bir şəxsiyyət kimi Siyaməki və yazmış olduğu əsəri mənim üçün qiymətli edən eyni zamanda onun öz ideallarına sədaqəti idi. Biz öz ideallarımızı uşaq yaşlarımızda oxuduğumuz kitablardan alırıq, onlarla yaşayırıq və həyat yollarının hansısa kilometrində, müxtəlif səbəblər üzündən bu yükdən özümüzü azad edirik, onları asanlıqla yarı yolda buraxırıq, Siyamək kimi insanlara rast gələndəsə həyatdakı ülvi missiyamız yada düşür, birdən cin vurmuş kimi ayılırıq, ey dadi-bidad deyirik, iradəmiz çatarsa yenidən özümüzdə güc toplayıb yarıda buraxdığımız o yola davam edər, əks halda məişətin amansız girdabında məhv olub gedərik. Bu mənada Siyamək qurtarıcı insan idi, öz həyatı və ölümüylə güclü bir məsaj buraxaraq ideallarına sona qədər sadiq qalmanın mümkün olduğunu çatdırırdı bizə. Siyaməkin özəlliyi də bunda idi, öz ideallarına maksimum sadiq olmasında. Norveç Krallığında vətəndaşlıq almışdı, işi-gücü vardı, maddi sıxıntısı yox idi, onun yerinə kim olsa həyatı maksimum qamarlamağa çalışardı, ancaq o, yeri, göyü, insanları sorğulamaqdan əl çəkmirdi, özünü deyil, öz millətini deyil, bütün insanlığı düşünürdü, dünyadakı ədalətsizlik onu narahat edirdi, israrla əbədi cavabsız suallara cavab axtarırdı. Yazmış olduğu “Norveç dəftəri – Bir mühacirin notları” kitabının əsas məğzi də bundan ibarət idi: “Norveç cəmiyyətini quran böyük ideya insanları hardadır, uzun illər bu ölkənin hər yerini dolaşdım, ancaq o düşüncənin daşıyıcılarına rast gəlmədim.” Siyaməkin müşahidəsinə görə Norveçlilər həftənin beş gününü işləyən, bu günlər ərzində qazanmış olduqları pulları qalan iki gündə eyş-işrətə, əyləncəyə xərcləyən, əsla yüksək ideallarla yaşamayan insanlar idi. Öz ifadəsilə desək “yarımoyanmış” bir millətin aydını olaraq bu məsələlər onu düşündürürdü. Quzey Azərbaycandan bir çox insanla əlaqəsi vardı, ilk dəfə Bakıya gələndə artıq bir kitabın müəllifiydi. Buranın az-çox düşüncə sahibi saydığı adamlarıyla görüşmüş, xəyalında qurmuş olduğu ideala uyğun insanları sanıram burada da tapmamışdı. 2012-ci ildə, intihar etdiyi gün mən təsadüfən Ankaradaydım. Bəlkə də son günlərində biri-birimizə yaxın olan yerlərdən keçmişik, fərqində olmamışıq. Siyaməki xatırlamağım səbəbsiz deyil. Ola bilər bu şanlı qardaşımız həyatda ideal insanlara rast gəlmədi, ancaq o özü bir ideal oldu. Bəzən belə də olur, insan ölümüylə özünə dəyər qazandırır, özünə qıymaqla Siyamək ümumən həyatın ədalətsizliyinə qarşı olduğunu, sona qədər bu ədalətsizliklə barışmadığını, bütöv, bölünməz bir həyat yaşadığını sübut etdi. Bizim eyş-işrət düşkünü, pul hərisi, vəzifə, karyera, şan-şöhrət maraqlısı yazar və şairlərimiz Siyaməkin işıqlı xatirəsilə müqayisədə nə qədər miskin görünürlər? – bunu siz deyin. “Bir mühacirin notları”nın təkrar-təkrar çap olunacağına, Siyaməkin bu yeganə övladının əbədi yaşayacağına inanıram. Siyaməkin adı tarixdən silinib gedə bilməz, getməməlidir… Rasim Qaraca.