Main Menu
Аудиокнига - Cənub qütbü
★★★★★ 5/5
- Автор: Roald Amundsen
- Категории и жанры: классическая литература, классическая проза, серьезное чтение
- Читает: Əhliman Ərşadlı
- Вид: audiobook
- Язык: Аудиокниги на азербайджанском языке
- Формат: mp3
- Возрастное ограничение: 0
- На Prosoundbook с: 02.02.2023
- Правообладатель: Аудиокитаб ООО
Описание
Описание
Arktika çöllərinin yorulmaz norveç araşdırmaçısı və Şimal qütbünün fatehi Roald Amundsen öz kitabında necə qütb araşdırmaçısı olması barədə ətraflı danışır. Oxucuların gözü önündə onun uşaqlıq illəri, ilk yürüşləri canlanır, Amundsenin həyatının dəfələrlə ölümcül təhlükələrə məruz qaldığı bütün gözəl səyahətlərinin maraqlı təsviri verilir. Kitab həm də onunla maraqlı və faydalıdır ki, qütbçünün müvəffəqiyyətinin kökünü açır, öz zamanının texniki imkanlarını, digər alimlərin təcrübəsini və nəzərdə tutulan yerin təbii xüsusiyyətlərini göz önünə alaraq, Amundsenin hər səyahətinə necə düşünərək hazırlaşdığını göstərir. “Mənim həyatım“ kitabının oxucusu görəcək ki, gözəl təşkilatçı və tədbirli olması onun hər ekspedisiyasını fərqləndirir, ona ən çətin vəziyyətlərdən üzüağ çıxmağa kömək edər. Mühəndis diplomu alan kimi Amundsen ilk müstəqil ekspedisiyaya hazırlaşmağa başlayır. O, qərara alır ki, Şimali Amerika sahilləri boyunca hərəkət edərək Atlantik okeanından Sakit okeana şimal-qərbdən dəniz yolu tapsın. Amundsenin ilk ekspedisiyasında az adam iştirak edirdi, onların xərci də bir o qədər çıxmamışdı. Buna baxmayaraq, Amundsen borc içində idi. Onun yelkənli gəmisi «„Yoa“» az qala müsadirə olunacaqdı. Odur ki, gənc səyyah çox təhlükəli bir qərar qəbul edir: o, altı dostu ilə birlikdə yağışlı qaranlıq bir gecədə öz gəmisinə minir və açıq dənizə çıxır. Onlar Qrenlandiyaya tərəf üzürlər. 1903-cü ildə başlayan bu ekspedisiya üç il çəkir. Bütün çətinliklərə baxmayaraq, səyahətçilər 1906-cı ildə sağ-salamat Kaliforniya sahillərinə yan aldılar. Onlar külli miqdarda məlumat toplamış, hətta maqnit qütbünün dəqiq yerini müəyyən etmişdilər. 400 il müddətində heç bir tədqiqatcı buna nail olmamışdı. 1911-ci il dekabrın 14-ü Amundsen dünyada ilk dəfə olaraq Cənub qütbünə çatdı.