Аудиокниги на азербайджанском языке 📗 слушать онлайн 📗 Просаундбук
Şahzadə qızın ad günü
Kontramot
Xaotik sistemdə qığılcım.  İnsanın öz fantaziyalarında nə qədər uzağa gedə biləcəyini öyrənmək.  Hər qələbədə bir məğlubiyyət, hər məğlubiyyətdə bir qələbə.   Uçmaq, yüksəlməyin inikası – kəpənək, qu quşları, yapon mifologiyasındakı qanadlı əjdahalar.  … Həyatı idarə edən proqramlardır.  – Bilmək istərdin, nə qədər yaşayacaqsan?  – Yox. Nəyə lazım bunu bilmək? Nə qədər ömrüm varsa, o qədər yaşayacam.  – Ay qorxaq. Bilirəm, sən qorxursan sonunu bilməkdən. Ölümdən qorxursan. Boynuna al görək….yalan deyirəm bəyəm?  – Lap elə də deyil. Sadəcə, yaşamaq istəyirəm. Səninçün yaşamaq istəyirəm. Qorxduğum səni tək qoyub getməkdir.  Həmsöhbətini cavab deyəsən qane etdi və əl çəkdi ondan. Kişi dərindən nəfəs alıb bığaltı gülümsədi, plaşının yaxalığını dikəldib cibindən siqaret çıxartdı.  Beləcə iki ahıl xiyaban cığırı ilə gedir, söhbətləşirdilər. Kişinin əlində şam ağacından əsa, qadının əlində “Wagasa” yapon çətiri vardı. Hər ikisi payız mövsümünə uyğun su keçirməyən nazik plaşda idilər. Kişinin papağı da üst geyimi kimi tünd göy, qadının başındakı dəbli fetr şlyapa əynindəkinin rənginə uyğun açıq boz idi. Qocanın çəkməsinin bağı açılıb yerlə sürünürdü, radikulit imkan vermirdi ki, əyilib bağlaya. O, tez-tez əlini papağına aparır, sanki küləyin onu uçuracağından qorxurdu. Külək papaq aparacaq qədər güclü olmadığından hiss olunurdu ki, bu sadəcə bir adətdir. Yorulanda dayanıb durur, alçaq, dəmir milli hasarla dövrələnmiş kiçik gölə tamaşa edirdilər…
Bəla
İctimai müqavilə
İsveçrə filosofu Jan-Jak Russonun (1712–1778) əsərləri Avropanın ictimai şüuruna böyük təsir göstərmişdir. Əgər Con Lokk Amerika inqilabının ilhamvericisi sayılırsa, Russonu haqlı olaraq Böyük Fransa inqilabının (1789) və hətta Rusiya bolşevik inqilabı-nın (1917) intellektual atası hesab etmək olar.   Russo Cenevrədə saatsaz ailəsində doğulub və anasının vəfatından sonra atası onu tərbiyə etmişdir. O, sistemli şəkildə təhsil almamış, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məşğul olmuşdur. Oymaçı emalatxanasında işə düzələn Russo 1728-ci ildə Cenevrəni tərk edir və madam Varensin yanında məskunlaşaraq onunla dostluq edir; onun köməyi ilə şəxsi qaydada öz təhsili ilə ciddi məşğul olmaq imkanı qazanır. 1742-ci ildə Russo Parisə – o vaxtkı dünyanın intellektual mərkəzinə köçür. O burada Dalamber və digər fransız filosof ensiklopediyaçıları ilə tanış olur. 1750-ci ildə Russonun İncəsənət və elm haqqında düşüncələr essesi Dijon şəhəri akademi-yasının keçirdiyi müsabiqədə qalib gəlir. Onun sonrakı əsərləri, xüsusilə də İctimai müqavilə haqqında şah əsəri müəllifinə Ümumavropa şöhrəti gətirir, eyni zamanda həm Fransa, həm də İsveçrə hakimiyyətlərinin qəzəbinə səbəb olur. Russo-nun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 1770-ci ildə qayıda bilir.
Qumarbaz
Qumarbaz (rus. Игрок) – Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biri. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan «Cinayət və cəza»dan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə əsasən yazıçı bu romanı vaxtında yazıb bitirə bilmək üçün stenoqraf tutmaq məcburiyyətində qalmışdır («Qumarbaz» romanını 25 gün içərisində təhvil verməyəcəyi təqdirdə o, sonra yazacağı romanlara görə hər hansısa qonorar tələb edə bilməyəcəkdi). Sonralar F.Dostoyevski özündən xeyli gənc olan bu stenoqraf xanımla – Anna Qriqoryevna ilə evlənmişdir. Roman 25 gündə tamamlanmışdır.
Dədə Qorqud
“Kitabi Dədə Qorqud” («Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan» (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər).  Ənənəyə görə, «Kitabi Dədə Qorqud» da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.
Hophopnamə 1-ci cild
Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin gеniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. Оnun “Hоphоpnamə”si başdan-ayağa zülmə, ətalətə еtiraz, insan haqqına və hеysiyyətinə qarşı çеvrilmiş hər şеyə üsyan və ittihamnamədir. Fitrətən milli və xəlqi şair оlan Sabir xalqın ictimai-sоsial və psixоlоji dərdlərini sоn dərəcə dəqiqliyi ilə və ürək yanğısıyla dеyən, fəryadında gülən, gülüşündə ağlayan vətəndaş sənətkardır. Qüdrətli şair оxucusunu da bütün bu dərdlərin alоvuna bürüməyi, оnu da özü qədər alоvlandırmağı bacarmışdır. Bəzən satiranı bеlə üstələyən, ürək parçalayan lirikasıyla Sabir bu gün də müasirdir. Sabir əsərlərinin tam külliyyatı оlan bu ikicildliyin birinci cildinə şairin 1906-1910-cu illərdə yazmış оlduğu satirik şеirlər tоplanmışdır. Cild xrоnоlоji prinsip əsasında hazırlanmışdır.
Tom dayının daxması
XIX əsrdə Bibliyadan sonra ən çox satılmış əsər “Tom dayının daxması” romanıdır. Kitab 1852-ci ildə çap edilən kimi ABŞ-da geniş əks-səda doğurub. Əsər bir günə 3000, bir ilə 350 000 nüsxə satılmışdı. Bundan sonra Şimal ştatları ilə Cənub ştatları arasındakı uçurum daha da dərinləşdi. Quldarlıq əleyhdarları-abolisionistlər daha mütəşəkkil şəkildə çıxış etməyə başladılar. “Tom dayının daxması”, qəhrəmanı qaradərili olan ilk Amerikan əsəri idi.  Əsərdə Amerikanın Cənub ştatlarının quldarlıq mənzərəsi geniş şəkildə təsvir olunur, quldarların qəddarlığı, onlara bunu etməyə imkan verən qanunlar, qaradərililərin ağır həyatı, onlara edilən zülmlər, məhrumiyyətlər, ayrılıqlar aydın şəkildə təsvir olunur.  Viktor Hüqonun “Büq Jarqal” əsərindəki üsyançı zənci qəhrəmandan fərqli olaraq Biçer-Stounun qəhrəmanı pasifistdir, qatı dindardır. O quldar Leqriyə qarşı belə mərhəmətlidir. Onun davranışları bizə Mahatma Qandinin pasifist hərəkatını, Martin Lüter Kinqi xatırladır. Biçer Stou sanki 100 il əvvəl 1964-cü ildə Nobel Sülh Mükafatı almış, ABŞ-da qaradərililərə qarşı diskriminasiya, seqreqasiya ilə, irqçiliklə sivil mübarizə yolu seçmiş baptist Lüter Kinqin prototipini yaratmışdı. Onu da qeyd edək ki, Lüter Kinq 1968-ci ildə qətlə yetirildi. Romanın sonunda Tomu da ağası Leqri döyüb öldürür.
Yeniyetməlik dövrünün yol xəritəsi
Gənclik həyatın baharı… Gözün işıqlı, dizin təpərli, biləyin bükülməz vaxtı…   Əgər ona sahib çıxan, əl uzadan olsa və bu əl xeyirxahdırsa, bu zaman o, könül verdiyi ideallar uğrunda gözünü qırpmadan canından keçməyə hazır olar… Haqq-ədalət uğrunda ölümə belə hazır, haqsızlığın qarşısında aslan kimi kükrəyən, qırılan bir könül qarşısında göz yaşlarını selə döndərən…Tərbiyə ilə imdadına çatılacağı ana qədər gənc yetişdiyi çevrə, həvəs və zövqün pərvanəsidir.. Ona keçmişi ilə bütünləşdirib gələcəyə hazırlayacaq tərbiyə verildikdə, milli duyğu və düşüncəni təmsil edən bir qəhrəman olur. Bu kitabda ailə və cəmiyyət,   gənclik və cəmiyyət, gəncliyin formalaşması və bunda mühitin, ailənin, dostların rolu, yeniyetmənin düşüncələri, gənclik və təhsil, gəncliyin düzgün tərbiyə edilməsi yolları, yaş dövrlərinə görə davranışları, neqativ vərdişləri və bunlardan xilas olmaq yolları, əlverişli mühit məsələsi, ixtisas və peşə seçimi,   yeniyetmələrlə münasibətlərin qurulması kimi mövzular işlənmişdir. Xüsusən, yeni mərhələyə – yeniyetməlik dövrünə qədəm qoyan   uşaqlarda mənəvi-psixoloji, fiziki amillərin və dəyişikliklərin təsiri ilə meydana çıxan   anlaşılmazlıqların müsbət istiqamətdə həll edilməsi yolları, onlarda məsuliyyət duyğusunun formalaşdırılması, ehtimal olunan fəsadların vaxtında aradan qaldırılması metodları elmi faktlar, misallarla izah edilmişdir. Kitabın valideynlərin uşaqlarda müşahidə edilən pozitiv və neqativ halları   daha yaxşı dəyərləndirməsinə, müəllimlərin pedaqoji qabiliyyətlərini daha da inkişaf   etdirməsinə, gənclərin isə özlərini və kiçikləri daha yaxşı dərk etməsinə   kömək edəcəyi ümidindəyik. Kitab pedaqoqlar, psixoloqlar, tələbələr, valideynlər və digər maraqlananlar üçün nəzərdə tutlumuşdur.
Bir mühacirin notları
Adətən olduğu kimi, üstündən çox illər keçəndən sonra, artıq Siyamək də həyatda olmayanda, kitab haqqında əks-sədalar gəlməyə başladı: “o kitab yaxşı kitab idi” deyənlər oldu. Söhbət bunda deyil. Bir şəxsiyyət kimi Siyaməki və yazmış olduğu əsəri mənim üçün qiymətli edən eyni zamanda onun öz ideallarına sədaqəti idi. Biz öz ideallarımızı uşaq yaşlarımızda oxuduğumuz kitablardan alırıq, onlarla yaşayırıq və həyat yollarının hansısa kilometrində, müxtəlif səbəblər üzündən bu yükdən özümüzü azad edirik, onları asanlıqla yarı yolda buraxırıq, Siyamək kimi insanlara rast gələndəsə həyatdakı ülvi missiyamız yada düşür, birdən cin vurmuş kimi ayılırıq, ey dadi-bidad deyirik, iradəmiz çatarsa yenidən özümüzdə güc toplayıb yarıda buraxdığımız o yola davam edər, əks halda məişətin amansız girdabında məhv olub gedərik. Bu mənada Siyamək qurtarıcı insan idi, öz həyatı və ölümüylə güclü bir məsaj buraxaraq ideallarına sona qədər sadiq qalmanın mümkün olduğunu çatdırırdı bizə. Siyaməkin özəlliyi də bunda idi, öz ideallarına maksimum sadiq olmasında. Norveç Krallığında vətəndaşlıq almışdı, işi-gücü vardı, maddi sıxıntısı yox idi, onun yerinə kim olsa həyatı maksimum qamarlamağa çalışardı, ancaq o, yeri, göyü, insanları sorğulamaqdan əl çəkmirdi, özünü deyil, öz millətini deyil, bütün insanlığı düşünürdü, dünyadakı ədalətsizlik onu narahat edirdi, israrla əbədi cavabsız suallara cavab axtarırdı. Yazmış olduğu “Norveç dəftəri – Bir mühacirin notları” kitabının əsas məğzi də bundan ibarət idi: “Norveç cəmiyyətini quran böyük ideya insanları hardadır, uzun illər bu ölkənin hər yerini dolaşdım, ancaq o düşüncənin daşıyıcılarına rast gəlmədim.” Siyaməkin müşahidəsinə görə Norveçlilər həftənin beş gününü işləyən, bu günlər ərzində qazanmış olduqları pulları qalan iki gündə eyş-işrətə, əyləncəyə xərcləyən, əsla yüksək ideallarla yaşamayan insanlar idi. Öz ifadəsilə desək “yarımoyanmış” bir millətin aydını olaraq bu məsələlər onu düşündürürdü. Quzey Azərbaycandan bir çox insanla əlaqəsi vardı, ilk dəfə Bakıya gələndə artıq bir kitabın müəllifiydi. Buranın az-çox düşüncə sahibi saydığı adamlarıyla görüşmüş, xəyalında qurmuş olduğu ideala uyğun insanları sanıram burada da tapmamışdı. 2012-ci ildə, intihar etdiyi gün mən təsadüfən Ankaradaydım. Bəlkə də son günlərində biri-birimizə yaxın olan yerlərdən keçmişik, fərqində olmamışıq. Siyaməki xatırlamağım səbəbsiz deyil. Ola bilər bu şanlı qardaşımız həyatda ideal insanlara rast gəlmədi, ancaq o özü bir ideal oldu. Bəzən belə də olur, insan ölümüylə özünə dəyər qazandırır, özünə qıymaqla Siyamək ümumən həyatın ədalətsizliyinə qarşı olduğunu, sona qədər bu ədalətsizliklə barışmadığını, bütöv, bölünməz bir həyat yaşadığını sübut etdi. Bizim eyş-işrət düşkünü, pul hərisi, vəzifə, karyera, şan-şöhrət maraqlısı yazar və şairlərimiz Siyaməkin işıqlı xatirəsilə müqayisədə nə qədər miskin görünürlər? – bunu siz deyin. “Bir mühacirin notları”nın təkrar-təkrar çap olunacağına, Siyaməkin bu yeganə övladının əbədi yaşayacağına inanıram. Siyaməkin adı tarixdən silinib gedə bilməz, getməməlidir…  Rasim Qaraca.